Dövlət başçısı tabeliyində olanlara, hətta onlar buna layiq olsalar belə, söyüş söyməməlidir.
Teleqraf-a istinadən, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko xüsusən də kənd təsərrüfatı naziri ilə danışarkən sərt ifadələrdən istifadə etdiyini etiraf edib:
"Mənim prinsipim budur, siz də buna əməl etməlisiniz; başqalarına tələblər qoymazdan əvvəl güzgüyə baxın. Mən bunu hər gün edirəm. Hər gün özümə sual verirəm ki, düzgün iş görürəm, yoxsa yox. Kənd təsərrüfatı nazirini tarlada lənətləyirəm. Bu, doğrudur, yoxsa yox? Sonra ondan üzr istəyirəm", - deyə Belarus lideri bildirib.
Lukaşenkonun sözlərinə görə, prezident tabeliyində olanlara qarşı ədəbsiz ifadələr işlətməməlidir, hətta onlar həqiqətən də töhmətə layiq olsalar belə.
Eyni zamanda, dövlət başçısı tabeliyində olanların rəhbərlərini aldatması hallarının xüsusilə qəbuledilməz olduğunu vurğulayıb:
"Xüsusilə də yalan danışmaq, külli miqdarda pul xərcləmək... Bunlar qəbuledilməzdir".