Bu gün Xankəndidə topa ilk toxunuşu şəhid övladı etdi

Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi çempionat matçında təsirli anlar yaşanıb.

Qarşılaşmada topa ilk toxunuşu 44 günlük Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun oğlu İbrahim Məmmədli edib.

Hazırda Xankəndidə yaşayan şəhid övladı meydana Xankəndi futbolunun veteranları Samir Ələkbərov, Munis Abdullayev və Emin Salmanovla birlikdə çıxıb.

Görüş 1-ci liqanın 8-ci turunda “Xankəndi” və “Karvan-Yevlax” arasında keçirilib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb (2:0).