Gömrükçülər pirotexniki vasitələr aşkar etdilər

Dövlət Gömrük Komitəsinin (DGK) əməliyyat struktur bölmələri tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

DGK-dən Yenicag.az-a bildirilib ki, gömrük əməkdaşlarının Göygöl rayonu ərazisindəki keçirdikləri tədbirlər nəticəsində 28 adda ümumilikdə 23 min 353 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.