Bakı, 19 noyabr, AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2027-ci ildə qlobal taxıl ehtiyatlarının 1,8 faiz artacağını, 2026/2027-ci mövsümündə isə dünya üzrə taxıl ticarətinin 3,3 faiz azalacağını proqnozlaşdırır. Qurum düyü, şəkər və bitki yağları bazarlarında tələb və təklif balansının gərginləşəcəyini bildirir.AZƏRTAC xəbər verir ki, FAO-nun dərc etdiyi “Ərzaq bazarlarının icmalı” hesabatına əsasən, xüsusilə buğda və digər dənli bitkilər üzrə qlobal kənd təsərrüfatı məhsullarının təklifi ümumilikdə kifayət qədər yüksək səviyyədə qalacaq. Bununla yanaşı, düyü, şəkər və bitki yağları bazarlarında tələb və təklif arasında balansın daha da gərginləşəcəyi gözlənilir. Bununla belə, əmtəə bazarları və ticarət axınları hava şəraitindən, logistika sahəsindəki fasilələrdən və siyasət sahəsindəki qeyri-müəyyənliklərdən təsirlənməkdə davam edir.İldə iki dəfə dərc olunan hesabatda əsasən qəhvə və kakao qiymətlərinin azalması hesabına 2026-cı ildə qlobal ərzaq idxalı xərclərinin artım tempinin zəifləyəcəyi proqnozlaşdırılır. Hesabatda taxıl, yağlı toxumlar, şəkər, ət, süd məhsulları, balıqçılıq və akvakultura da daxil olmaqla, əsas ərzaq məhsullarının istehsalı, istehlakı, ticarəti və ehtiyatlarına dair yenilənmiş bazar qiymətləndirmələri və proqnozlar təqdim edilir. Sənəddə, eyni zamanda, gübrə istehsalı, istehlakı və ticarətindəki tendensiyalar, Qara dəniz regionunda münaqişə ilə əlaqədar yaranan fasilələrin ticarət marşrutlarına təsiri, eləcə də zərdab, zeytun yağı və heyvan yemlərinin qiymətləri ilə bağlı xüsusi təhlillər yer alır.2027-ci ilin mövsümünün sonunadək qlobal taxıl ehtiyatlarının 1,8 faiz artacağı gözlənilir. Bu artım əsasən Rusiya Federasiyası və Ukraynada ixracla bağlı yaranan fasilələrin tədarük həcmlərini məhdudlaşdırması nəticəsində buğda ehtiyatlarının yığılması ilə əlaqələndirilir. 2026/2027-ci mövsümündə dünya üzrə taxıl ticarətinin 3,3 faiz azalacağı proqnozlaşdırılır. Bu azalmanın, demək olar ki, tamamilə buğda ticarətinin geriləməsi ilə bağlı olacağı, bütün əsas ixracatçı ölkələrin tədarük həcmlərinin aşağı düşəcəyi gözlənilir. Bununla yanaşı, 2027-ci ildə qlobal düyü, 2026/2027-ci mövsümündə isə qarğıdalı ticarətinin artacağı ehtimal edilir.Beynəlxalq ticarətdəki məhdudiyyətlər fonunda qlobal ehtiyatların artması ilə əlaqədar 2026/2027-ci mövsümündə dünya üzrə buğda və qarğıdalı istehsalının müvafiq beşillik orta göstəricilərdən yüksək olacağı gözlənilir. Dünya üzrə düyü istehsalının istehsalçıların mənfəət marjasının azalması və “El-Ninyo” hadisəsi ilə əlaqəli əlverişsiz hava şəraiti səbəbindən son 4 mövsümdə ilk dəfə geriləyəcəyi və istehlak səviyyəsindən aşağı olacağı proqnozlaşdırılır. Bununla belə, əvvəlki mövsümlərdən qalan böyük ehtiyatlar dünya üzrə düyü ehtiyatlarının tarixdə ikinci ən yüksək səviyyədə qalmasına imkan verə bilər.2026/2027-ci mövsümündə yağlı toxumların qlobal istehsalının rekord həddə çatacağı gözlənilir. Eyni zamanda, bioyanacaq sektorundan bitki yağlarına davamlı yüksək tələbatın qlobal yağ ehtiyatlarının daha da azalmasına səbəb ola biləcəyi bildirilir. 2026-cı ildə dünya üzrə ət istehsalının, əsasən quş əti istehsalının artması hesabına mülayim yüksələcəyi, mal əti və qoyun əti istehsalının isə heyvan təklifinin məhdudlaşması səbəbindən azalacağı proqnozlaşdırılır. Quş ətinə idxal tələbatının yüksək olması nəticəsində qlobal ət ticarətinin də artacağı gözlənilir. Qlobal süd istehsalının 2026-cı ildə 1,8 faiz, süd məhsullarının beynəlxalq ticarətinin isə əvvəlki illə müqayisədə 2,1 faiz artacağı, xüsusilə süd tozu tədarükünün genişlənəcəyi ehtimal edilir.Dünya üzrə şəkər istehsalının 2026/2027-ci mövsümündə azalacağı və gözlənilən qlobal istehlak səviyyəsindən aşağı olacağı proqnozlaşdırılır. Son aylarda beynəlxalq şəkər qiymətlərinin əhəmiyyətli dərəcədə yüksəlməsi qlobal bazarda tələb və təklif balansının gərginləşməsi ilə bağlı narahatlıqların artdığını göstərir.Qlobal balıqçılıq və akvakultura istehsalının 2026-cı ildə 0,3 faiz artacağı, ov balıqçılığının həcminin isə 3,4 faiz azalacağı gözlənilir. Azalmanın əsas səbəbləri sırasında “El-Ninyo” hadisəsi nəticəsində Peruda ançous ovunun əhəmiyyətli dərəcədə azalması və yüksək yanacaq qiymətlərinin balıqçılıq donanmalarının rentabelliyinə mənfi təsiri göstərilir. Akvakultura istehsalının 3,6 faiz artacağı proqnozlaşdırılır. Ançous təklifinin azalması isə xüsusilə krevet və qızılbalıq üçün yem qiymətlərinin yüksəlməsinə səbəb olur.Hesabatın xüsusi bölməsində gübrə bazarında yaranan fasilələr, onların istehsala və məhsulların əlçatanlığına təsiri araşdırılır. Ammonyak və karbamid də daxil olmaqla, azot gübrələrinin qlobal istehsalının 2026-cı ildə azalacağı gözlənilir. Bu geriləmə əsasən Hörmüz boğazının bağlanması ilə əlaqədar enerji təchizatı, istehsal və ticarətdə yaranan fasilələrlə izah olunur. Məhsul qiymətləri ilə müqayisədə gübrələrin əlçatanlığı 4 əsas kənd təsərrüfatı məhsulu üzrə pisləşib. Bunlara Braziliyada qarğıdalı, Avropa İttifaqında buğda, Cənub-Şərqi Asiyada düyü və ABŞ-da soya daxildir. 2026-cı ilin ortalarında bu göstərici uzunmüddətli baza səviyyəsindən aşağı düşərək aprel-iyun aylarında ən aşağı həddə çatıb. Məhsul qiymətləri ilə müqayisədə gübrələrin bahalaşması fermerlərin onları almaq və əkin sahələrində tətbiq etmək imkanlarını məhdudlaşdıra bilər.Eyni zamanda, hesabatda Qara dəniz regionundan taxıl ixracında yaranan fasilələrin beynəlxalq ticarət axınlarını necə dəyişdirdiyi də təhlil olunur. Ukraynanın Böyük Odessa limanlarından, eləcə də Rusiya Federasiyasının Azov və Qara dəniz limanlarından ümumi taxıl daşımaları bir il əvvəlki 7,8 milyon ton səviyyəsindən 2026-cı ilin sentyabrında 0,5 milyon tondan aşağı düşüb. İxrac məhdudiyyətləri səbəbindən ehtiyatların yığılması anbar imkanlarına təzyiqi artırmaqla yanaşı, taxılın keyfiyyətinə və satış imkanlarına da mənfi təsir göstərə bilər. Qara dəniz regionunda daşımaların pozulmasına uyğunlaşan ticarət axınları nəticəsində Argentina, Avstraliya və Avropa İttifaqının dünya buğda ixracındakı payı artır.Hesabatda qlobal zeytun yağı bazarındakı son tendensiyalara da diqqət yetirilir. 2026/2027-ci mövsümündə dünya üzrə zeytun yağı istehsalının 3,7 milyon tona çataraq rekord həddə yüksələcəyi, istehlakın isə 6 faiz artacağı gözlənilir. Dünyanın ən böyük zeytun yağı istehsalçısı olan İspaniyada istehsalın 22,7 faiz artaraq 1,6 milyon tona çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, 2026-cı ilin sentyabrında təmiz zeytun yağının topdansatış qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz aşağı olub. İtaliyanın Bari şəhərində isə qiymətlər illik müqayisədə 50 faizdən çox azalıb.FAO hesabatında zərdabın (pendir istehsalı zamanı ayrılan süd məhsulu) artan iqtisadi əhəmiyyəti də araşdırılır. Yüksəkzülallı zərdab komponentlərinə tələbatın güclənməsi pendir istehsalının iqtisadi səmərəliliyinə getdikcə daha çox təsir göstərə bilər. Bu, həm insan qidalanmasında, həm də heyvandarlıqda zülala olan tələbatın artması və pendir emalı zamanı əldə edilən əlavə məhsulların ümumi dəyərə töhfəsi ilə əlaqədardır. Bununla belə, bu imkanlardan əsasən zərdabın emalı üçün zəruri istehsal güclərinə çıxışı olan müəssisələrin faydalanacağı gözlənilir.Hesabatın son bölməsində yem qiymətlərinin artmasının heyvandarlıq istehsalçılarının mənfəət marjasına təsiri təhlil edilir. Əsas yem komponentlərinin beynəlxalq qiymətləri, xüsusilə yağlı toxumların emalından əldə olunan şrotun bahalaşması nəticəsində 2026-cı ilin əvvəlindən artıb. Yüksək enerji qiymətləri ilə birlikdə bu amil heyvandarlıqda istehsal xərclərini yüksəldib. İstehsalçıların mənfəət marjasına təsir məhsulların satış qiymətlərindən, istehsal sistemlərindən və yem rasionunun tərkibindən asılı olaraq dəyişir. İstehsalçılar yem komponentlərini əvəzləmək və məhsuldarlığı artırmaq yolu ilə vəziyyətə uyğunlaşmağa çalışsalar da, qidalanma tələbləri və iqtisadi məhdudiyyətlər bu imkanları məhdudlaşdırır.FAO-nun yeni hesabatında 2026-cı il üzrə qlobal ərzaq idxalı xərclərinə dair proqnoz da təqdim olunur. Bu göstəricinin 2025-ci ildə qeydə alınan təxminən 8 faizlik artımla müqayisədə 1,9 faiz yüksələrək 2,267 trilyon dollara çatacağı gözlənilir. Artım tempinin zəifləməsi əsasən qəhvə və kakao qiymətlərinin azalması ilə əlaqələndirilir. Bununla yanaşı, taxıl və yağlı toxumların idxalı üzrə xərclərin yenidən artacağı proqnozlaşdırılır. Yüksəkgəlirli ölkələrin ümumi artımın cəmi 13 faizini təşkil edəcəyi gözlənilir. Halbuki 2025-ci ildə bu göstərici 79 faiz olub. Yuxarı ortagəlirli ölkələrin isə artımın təxminən üçdə ikisini formalaşdıracağı ehtimal edilir. FAO bu tendensiyanın uzunmüddətli perspektivdə aşağı və orta gəlirli ölkələrə də yayılacağını gözləyir.2026-cı ildə qəhvə, çay, kakao, ədviyyat və əlaqəli məhsulların idxalına çəkilən xərclərin 11,9 faiz azalacağı, taxıl üzrə xərclərin 3 faiz, yağlı toxumlar və yağlı meyvələr üzrə 9,9 faiz, ət məhsulları üzrə isə 6,9 faiz artacağı proqnozlaşdırılır. Yüksəkgəlirli ölkələrin ümumi ərzaq idxalı xərclərinin 2026-cı ildə cəmi 0,4 faiz artacağı gözlənildiyi halda, aşağı və orta gəlirli ölkələr üzrə bu göstəricinin 4,9 faiz, ən az inkişaf etmiş ölkələrdə isə 3,9 faiz təşkil edəcəyi ehtimal olunur.
Bu gün
3508 xəbər bu gün
"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü komandadır və oyun çox ağır keçdi".
Rusiya Prezidenti Vladimir Putin Çinə səfərini yekunlaşdıraraq Tacikistana yola düşüb. Riva Novostiyə istinadən, dövlət başçısını daşıyan təyyarə Çinin Şençjen şəhərindəki hava limanından havaya qalxıb.Səfər çərçivəsində…
Bu gün Berlində Ukraynaya dəstək məqsədilə yaradılmış “İstəklilər koalisiyası”nın görüşü keçirilir. Görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Endi…
"Fransa diplomatiyası ənənəvi olaraq erməni diplomatiyasının davamı olub. Hazırda isə Fransa bu məsələdə Ermənistandan da bir addım öndə olmağa çalışır. Başqa sözlə, Fransa ermənidən daha artıq erməni olmaq istəyir"…
Cənubi Koreyanın Ali Məhkəməsi sabiq birinci xanım Kim Qon Hinin korrupsiya ittihamı üzrə dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb. Redaktor.az…
Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin hərbi xidmət müddətində bilik və bacarıqlarından daha səmərəli istifadə olunması məqsədilə yaradılan intellektual bölmələrin fəaliyyət istiqamətləri…
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif parlament qüvvələrinə əvvəlki təklifini yenidən səsləndirib və onlardan bir sıra məsələlərə aydınlıq gətirmələrini tələb edib. Redaktor.az Ermənistan mediasına istinadən...
Badamdar şosesində torpaq sürüşməsi baş verib.
Biz dar intellektdən ümumi intellektə keçid ərəfəsindəyik. Hazırda bu proses də yeni tələblər yaradır. Artıq peşə bilikləri, təcrübələr davamlı şəkildə dəyişməli olur. Bunu İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru…
Əmək münasibətləri ilə bağlı məsələlərin ƏMAS (“Əmək və Məşğulluq” altsistemi) üzərindən rəsmiləşdirilməsi nəzarət orqanı üçün kifayət qədər məlumat bazası yaradır. Biz həmin məlumat bazasından istifadə edərək bir sıra…
Bakının Hövsan qəsəbəsində dəniz suyunun rənginin dəyişərək qəhvəyi rəng almasının səbəbi araşdırılıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti…
Üçtərəfli görüş heç də Ukraynada atəşkəsə gətirməyəcək. Görüşdən sonra Putinin hədə dolu bəyanatları belə deməyə əsas verir. Bunu Tribuna.az-a professor…
Ermənistan müxalifəti Rusiyadan qidalanır və ölkədə yeni iğtişaşlara hazırlaşır. Amma Paşinyan bu qüvvələri növbəti dəfə əzəcək. Bu fikirləri Tribuna.az-a siyasi…
Əsaslı yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib. Tribuna.az xəbər verir ki, “Xankəndi” I Liqanın VIII turunda “Karvan-Yevlax”ı qəbul…
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Dərə (Daranak) azərbaycanlı kəndinin tarixi…
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq…
Britaniyalı boksçu Entoni Coşua həmyerlisi Tayson Füri ilə qarşılaşmada rəqibini nokauta göndərəcəyinə əmin olduğunu bildirib. O, döyüş üçün planını da…
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Tribuna.az Yeniavaz.com-a…
2025/2026-cı tədris ilinin əvvəlində Azərbaycanın ümumi təhsil müəssisələrində 360 843 nəfər ikinci və ya üçüncü növbədə oxuyub.
Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Grand Theft Auto" (GTA) seriyasının yeni oyunu "GTA VI"nın istifadəçiləri oyuna başladıqdan cəmi 15 dəqiqə sonra müxtəlif texniki xətalardan şikayət etməyə başlayıblar. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Nəşr…
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Hər bir xalqın taleyində bəzən elə məqamlar yetişir ki, zaman sanki öz axarını dayandırır və cəmiyyətin bütün təbəqələri sabahın nə gətirəcəyini dərin təşviş və narahatlıqla gözləyir…
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Susayqışlaq kəndində növbəti səyyar qəbulunu keçirib. Qəbulda…
Biz dar intellektdən ümumi intellektə keçid ərəfəsindəyik. Hazırda bu proses də yeni tələblər yaradır.
Əmək münasibətləri ilə bağlı məsələlərin ƏMAS (“Əmək və Məşğulluq” altsistemi) üzərindən rəsmiləşdirilməsi nəzarət orqanı üçün kifayət qədər məlumat...
Badamdar şosesində torpaq sürüşməsi baş verib. FHN-dən APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və...
Noyabrın 17-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair...
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina...
Noyabrın 19-u üç bürc üçün dönüş nöqtəsi olacaq. Bu cümə axşamı Mars, Hironla üçlük təşkil edəcək və daha sakit bir həyata yol açacaq. Astroloqların sözlərinə görə, planetar təsir şübhələri kənara qoymağa və nəhayət…
“Kiyev münaqişəni başa çatdırmaq istəyirsə, ABŞ-ın Ankoric görüşündən əvvəl təklif etdiyi kompromislərlə razılaşmalıdır”. Putin bu barədə açıqlamasında bildirib. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk…
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. Yerli jurnalistlər Prezident İlham Əliyevin səfərini işıqlandırmaq üçün…
Belçikanın paytaxtı Brüssel şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib…
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N…
Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib. Bu barədə MŞ məlumat yayıb.Bildirilib ki, ölkə jurnalistlərinin bu il oktyabrın 16-da keçirilən IX qurultayından sonra ilk dəfə təşkil…
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N…
Bakının Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində ilk dəfə olaraq quraşdırılmasına başlanılan "T" formalı işıqforlar 30-dan çox avtobusa şamil ediləcək. Bu barədə "Report"un soruğusuna cavab olaraq…
Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kuboku turnirində bürünc medal qazanıb. 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 130 kq…
Niderlandın Kiyevdəki səfirliyinin yaxınlığına mərmi düşməsi nəticəsində diplomatik nümayəndəliyin binası zədələnib. Bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə…
Azərbaycan güclü suveren mövqeyə malikdir, lakin iqtisadi artımın sürətlənməsi üçün özəl investisiyaların aktivləşdirilməsi zəruridir. Bu barədə ING-nin Qafqaz, Mərkəzi Asiya və Rusiya ölkələri üzrə baş iqtisadçısı…
Naxçıvan, 19 noyabr, AZƏRTAC Naxçıvan Dövlət Universiteti (NDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan şəhər təşkilatı ilə birgə partiyanın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib…
Bakı, 19 noyabr, AZƏRTAC BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 9 lehinə və 6 əleyhinə səslə Myanmanın rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyinə dair qərar qəbul edib.AZƏRTAC xəbər verir ki, məhkəmə, tarixində ilk…
Naxçıvan, 19 noyabr, AZƏRTAC Naxçıvan Dövlət Kukla Teatrı ilə Türkiyənin Çine Belediyesi Kültür Merkezi arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə memorandum imzalanıb.Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə…
Xankəndi, 19 noyabr, AZƏRTAC Oyuna yaxşı hazırlaşmışdıq. Fərdi səhvlər həlledici oldu.AZƏRTAC xəbər verir ki, bu sözləri "Xankəndi" komandasının baş məşqçisi Röyal Nəcəfov I Liqanın VIII turunda "Karvan-Yevlax"a 0:2…
Bakı, 19 noyabr, AZƏRTAC Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində…
Kiyev, 19 noyabr, AZƏRTAC Ukrayna və Azərbaycanı qarşılıqlı hörmət, xalqlarımız arasında dostluq münasibətləri və beynəlxalq hüququn prinsiplərinə ümumi sadiqlik birləşdirir.AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Ali…
Bakı, 19 noyabr, AZƏRTAC Noyabrın 19-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində “Mədəniyyətimizdə Lətif Kərimov naxışı” mövzusunda tədbir keçirilib. Tədbir görkəmli xalçaşünas, pedaqoq və…