Finlandiya Müdafiə Qüvvələri "Nammo" və "Componenta" şirkətlərindən ümumilikdə 462 milyon avro məbləğində partlayıcı maddələr alacaq.
Bu barədə Finlandiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Qeyd olunub ki, qurumun rəhbəri Antti Hyakkyanen ölkənin Müdafiə Qüvvələrinə müvafiq satınalmaları həyata keçirmək səlahiyyəti verib. "Nammo"dan 307 milyon avro, "Componenta"dan isə 155 milyon avro dəyərində partlayıcı maddələr satın alınacaq.
Finlandiya Müdafiə Nazirliyində təhlükəsizlik məqsədilə satınalmaların təfərrüatlarının açıqlanmayacağını bildiriblər.