İtaliya jurnalistikasının və mədəniyyətinin aparıcı simalarından olan jurnalist, yazıçı və teleaparıcı Korrado Aucias 91 yaşında vəfat edib.
Bu barədə onun yarandığı gündən etibarən əməkdaşlıq etdiyi "La Repubblica" qəzeti məlumat yayıb.
Onun vəfatı xəbərindən sonra İtaliya Senatında bir dəqiqəlik sükut elan olunub və senatorlar mərhumu alqışlarla yad ediblər.
Roma meri Roberto Qvaltyeri də onu paytaxtın böyük ziyalısı kimi xatırlayaraq başsağlığı verib.
1935-ci ildə Romada anadan olan Aucias 60 illik fəaliyyəti dövründə həm mətbuatda, həm də televiziyada silinməz iz qoyub.
1960-cı ildən "Rai" telekanalında çalışan jurnalist 1987–1993-cü illərdə müəllifi və aparıcısı olduğu "Telefono Giallo" proqramı ilə böyük şöhrət qazanıb.
Bu verilişin 1988-ci il buraxılışında Ustika faciəsi ilə bağlı gizli detalların üzə çıxması prokuror Paolo Borsellinonun işi yenidən açmasına səbəb olmuşdu.
Son illərdə isə o, "La7" kanalında "La Torre di Babele" proqramını aparırdı.
Aucias jurnalistika ilə yanaşı, detektiv romanların, esselərin və teatr pyeslərinin müəllifi kimi də tanınırdı.