Moskva, 19 noyabr, AZƏRTAC Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Təhlükəsizlik Şurası ilə Rusiya və Ukrayna arasında bir sıra sahələrdə atəşkəs barədə razılığa gəlməyin mümkünlüyünü müzakirə edib. Onun sözlərinə görə, Krım körpüsünə endirilən zərbələrdən sonra bu ideyadan imtina edib. AZƏRTAC xəbər verir ki, V.Putin bu barədə noyabrın 19-da ABŞ Prezidenti Donald Tramp və Çinin Sədri Si Cinpinlə görüşün yekunlarına dair Şençjendə keçirilən mətbuat konfransında danışıb.“Krım körpüsünə endirilən zərbələrdən sonra heç bir razılaşmaya getməyəcəyik”, – deyə Rusiya Prezidenti bildirib və Moskvanın cavabının “daha sərt olacağını” əlavə edib. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva