Məşhur aktrisa şəkillərini sataraq evinin borcunu ödədi

Aktrisa Erika Eleniakın sosial platformada hesab açması onun həyatını kökündən dəyişib.

"Malibu xilasediciləri" serialının aktrisası "OnlyFans" platformasının onu mənzilini itirməkdən xilas etdiyini deyib.

O şəkillərini satmaqla maddi vəziyyətini yaxşılaşdırdığını açıqlayıb. Bu barədə "Variety" nəşri məlumat yayıb.

Eleniak qeyd edib ki, film və seriallarda demək olar ki, rol ala bilmirdi və güclə dolanırdı.

"Demək olar ki, çətin bir vəziyyətə düşmüşdüm. Bunun üzərinə maliyyə problemləri də gələndə insan tükənir. Yaşadığın qorxu səni əldən salır. İndi isə qərarları özüm verirəm. Bu, doğrudan da xoşdur", -deyə aktrisa söyləyib.

Erika əlavə edib ki, hesab açmazdan əvvəl evdən çıxarılma barədə bildiriş alıb, lakin öz şəkillərini satmaq sayəsində cəmi bir neçə ay ərzində borcunu ödəyə bilib.