Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən müxtəlif qida subyektlərinin əməkdaşları üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təmin edilməsi məqsədilə HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi üzrə təlim təşkil olunub.Bu barədə AZƏRTAC-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. AQTİ-də keçirilən təlim zamanı iştirakçılara HACCP-nin düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib.Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb, praktiki tapşırıqlar icra ediblər.