Danimarka parlamenti ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməsini nəzərdə tutan təhlükəsizlik sazişini təsdiqləyib.
Yerli KİV-ə istinadən, sənədin ratifikasiyasına 109 deputat səs verib, əleyhinə çıxan olmayıb.
ABŞ, Danimarka və Qrenlandiya arasında üçtərəfli saziş sentyabrın 22-də imzalanıb. Razılaşmaya əsasən, Qrenlandiyanın cənubundakı Narsarsuaq və şərqindəki Mesterviq ərazilərində yeni ABŞ hərbi obyektləri yaradılacaq.
Saziş 1951-ci ildən qüvvədə olan adanın müdafiəsinə dair müqaviləni tamamlayır.
Qeyd edək ki, yeni razılaşma əvvəlki müqavilələrin əsas müddəalarını qorumaqla ABŞ-ın Arktikadakı hərbi mövcudluğunun genişləndirilməsini nəzərdə tutur.