Putin Çində Krım körpüsü haqda açıqlama verdi – Video

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə Çində keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

O, Krım körpüsünün təyinatı və ondan istifadə qaydaları ilə bağlı açıqlama verib.

Putin Krım körpüsünün hərbi texnika və sursatların daşınması üçün istifadə edilmədiyini bildirib.

“Krım körpüsü sırf mülki obyektdir. Mən çoxdan birbaşa göstəriş vermişəm ki, ondan nə hərbi texnikanın daşınması, nə də sursatların yerdəyişməsi üçün istifadə edilsin. Hətta nefti və neft məhsullarını da körpü vasitəsilə daşımamışıq”, – deyə Putin bildirib.