İtaliya və Ermənistan 2027-ci ilə qədər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq proqramı imzalayıb.
Ermənistan mediasına istinadən, sənəd Romada müdafiə sahəsində ikitərəfli məsləhətləşmələrin yekunlarına əsasən imzalanıb.
Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan başçılıq edib.
Müdafiə qurumları iki ölkə arasında əməkdaşlıq prosesini və perspektivlərini müzakirə ediblər.
Bundan başqa, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Müdafiə məsələləri üzrə növbəti məsləhətləşmələr İrəvanda keçiriləcək.