Kişi mübahisə etdiyi dostlarını diri-diri yandırmaq İSTƏDİ

Rusiyanın Tver vilayətində kişi mübahisə etdiyi dostlarını diri-diri yandırmağa cəhd edib. O, sərxoş dostları ilə münaqişə yaşadıqdan sonra yaşadıqları mənzili yandırıb.

Bu barədə Rusiyanın Tver vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə zamanı kişi dostları ilə birlikdə spirtli içki qəbul edib. Süfrə arxasında iki kişi arasında mübahisə yaranıb. Münaqişədən sonra onlardan biri mənzili yandıraraq hadisə yerindən qaçıb.

Mənzildə olan şəxslər yanğın zamanı evi tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Hadisənin digər təfərrüatları araşdırılır.