Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə keçirilən üçtərəfli sammiti çox faydalı hesab edib.
Bu barədə xarici KİV yazıb.
Putin görüşün yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, üçtərəfli sammitdə müzakirələr çox açıq şəraitdə aparılıb və tərəflərin bir-birini daha yaxşı başa düşməsinə şərait yaradıb.
Rusiya lideri tərəflər arasında qarşılıqlı anlaşmanın qorunacağına ümid etdiyini bildirib.
“Yalnız Tanrı bundan sonra nə olacağını bilir, amma qarşılıqlı anlaşmanın olmasını istərdik”, – deyə Putin qeyd edib.
Bundan əlavə, Putin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsini tənzimləmək və Rusiya ilə ABŞ arasında əməkdaşlığı qurmaq istiqamətində səmimi istəyinə şübhə etmədiyini bildirib.