Ərazi məsələsində Rusiyaya təzyiq nəticə verməyəcək

Rusiya Prezidenti Vladimir Putin ərazi məsələlərində Moskvaya geri addım atdırmaq cəhdlərinin mənasız olduğunu bildirib.

Putin Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı müzakirələrdə heç nəyi qurban vermək niyyətində olmadığını, bununla belə, mümkün kompromislərə hazır olduğunu deyib.

Rusiya prezidenti Ukraynanın öz təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu, lakin bunun Rusiyanın təhlükəsizliyi hesabına baş verməməli olduğunu bildirib.