Zelenskidən Tramp, Putin və Si Cinpin görüşünə REAKSİYA

Çinlə ABŞ birlikdə Rusiyanın dövlət başçısı Vladimir Putini müharibəni dayandırmağa məcbur etməyə qadirdilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, bu istiqamətdə əsas təsir vasitələrindən biri kimi sanksiyaları göstərib.

Zelenski bununla yanaşı, Ukraynanın iştirakı olmadan ölkənin gələcəyinin müzakirə edilməsindən narazılığını ifadə edib. O, Avropanın da belə müzakirələrdən kənarda qalmasına etiraz edib.