2026-cı ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 700 min manatdan çox vəsait qaytarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% çoxdur.
Dövlət Vergi Xidmətinin məlumatlarına istinadən, 2025-ci ilin yanvar–oktyabr aylarında muxtar respublikada istehlakçılara 1 milyon 400 min manatdan çox ƏDV geri qaytarılmışdı. Həmin dövrdə illik artım 25,1% təşkil etmişdi.
Beləliklə, 2026-cı ilin ilk 10 ayında geri qaytarılan ƏDV-nin məbləği artsa da, illik artım tempi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz bəndi azalıb.
Ümumilikdə, layihənin tətbiqinə başlanıldığı vaxtdan 2026-cı ilin oktyabr ayının sonunadək Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 5 milyon 900 min manata yaxın olub.
Qeyd edək ki, “ƏDV geri al” mexanizmi pərakəndə ticarət və ictimai iaşə obyektlərində alınan müəyyən mallara, eləcə də tibbi və bir sıra mədəni xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılmasını nəzərdə tutur.