Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinə 20 futbolçu dəvət olunub

Noyabrın 18-dən etibarən Dalğa Təlim-Məşq Mərkəzində Avropa çempionatının seçmə mərhələsinin I raunduna hazırlaşan 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına 20 oyunçu cəlb edilib.

Bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.

Serbiyada keçiriləcək turnirə hazırlıq məqsədi daşıyan toplanış noyabrın 23-dək davam edəcək.

Nr. · Soyadı · Adı · Klub

1 · Ağaliyeva · Nərgiz · Şəfa FK

2 · Bayramova · Firuzə · Dirçəliş FK

3 · Cəfərova · Arzu · İmişli PFK

4 · Əsədova · Səma · Sabah FK

5 · Vaysman · Yelizaveta · İmişli PFK

6 · Abdiyeva · Ayan · Liman UFK

7 · Rəhimova · Xədicə · Neftçi PFK

8 · İsmayılova · Zəhra · İmişli PFK

9 · Şərəfxanova · Səbinə · Krılya Sovetov FK (Rusiya)

10 · Səmədli · Məryəm · Sabah FK

11 · Səlimova · Sara · Neftçi PFK

12 · Ağaliyeva · Arzu · Şəfa FK

13 · Məmmədzadə · Mehri · Şəfa FK

14 · Məmmədova · Naidə · Dirçəliş FK

15 · Polikarpova · Suel · Neftçi PFK

16 · Salamzadə · Ayşən · Gaziantep Safir SK (Türkiyə)

17 · Əlizadə · Xədicə · Sabah FK

18 · Kərimli · Fatimə · Sabah FK

19 · Əsədova · Xanım · Gaziantep Safir SK (Türkiyə)

20 · Mirzəliyeva · Şəhanə · Liman UFK