Xalq şairi: "Ailələrin dağılmasının əsas səbəbkarları qayınanalar olurlar"

"Ailələrin dağılmasının əsas səbəblərindən biri qayınanaların, valideynlərin gənc ailələrin həyatına həddindən artıq müdaxilə etməsidir. Hər işə qarışırlar. Müdaxilə etməyə başlayırlar".

Bu sözləri ASAN TV-yə qonaq olan Xalq şairi Vahid Əziz deyib.

O bildirib ki, valideynlər gənc ailələrin daxili işlərinə qarışmamalıdır:

"Valideynlər onların daxili işlərinə nə qədər az qarışsalar, ailələr bir o qədər möhkəm olar. Atanı, ananı çox sevirsənsə, evləndiyin insanı da sev... Öz doğmalarını çox sevirsənsə, həyat yoldaşının valideynlərini təhqir etmə, onun doğmalarına hörmətsizlik etmə... Qadınlara da bunu demək istəyirəm: Əgər sən öz ata-ananızı, valideynlərinizi çox sevirsənsə, həyat yoldaşının ata-anasını və qohum-əqrəbasını lağa qoyma, onlara hörmətsizlik etmə".

Ətraflı videoda: