Tbilisidə qaz partlayışı nəticəsində ölənlərin sayı artıb

Gürcüstan xilasediciləri Tbilisinin Poniçala rayonunda qaz partlayışı nəticəsində qismən dağılan binanın dağıntıları altından daha bir nəfərin meyitini çıxarıblar.

Yerli KİV-ə istinadən, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həlak olan şəxs qadındır. Hazırda xilasedicilər daha iki nəfərin axtarışlarını davam etdirirlər.