İran: Hörmüz boğazında 3 neft tankeri minaya düşüb

Hörmüz boğazında 3 neft tankeri minaya düşüb.

Bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi məlumat yayıb.

Qeyd edilib ki, Hörmüz boğazının şərqindəki icazəsiz ərazidə irəliləyən və naviqasiya sistemləri bağlanmış üç neft tankeri dəniz minalarına düşüb.

Məlumata görə, gəmilər minaya düşdükdən sonra yanmağa başlayıb.