Rusiyanın iki hava limanında uçuşlar dayandırıldı

Rusiyanın Buqulma və Nijnekamsk hava limanlarında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

TASS-a istinadla, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər hər iki hava limanında uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub.