"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.
Fərmana əsasən sədrin bir birinci müavini və üç müavini olacaq.