Ağstafa, 18 noyabr, AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağstafa rayonunda “Dəyişən dünyada dəyərlər, inanc və kimlik” mövzusunda regional konfrans işə başlayıb.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Ağstafa şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.İlahiyyatçılar, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş etdirilib.Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlığın və multikultural ənənələrin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası cəmiyyətdə milli birlik, vətənpərvərlik və dövlətçilik ruhunun ideoloji əsaslarının təşkil edir. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan icra başçısı dini-mənəvi irsin yaşadılması, ibadət ocaqlarının bərpası və müxtəlif dini icmalara dövlət dəstəyinin göstərilməsi yönündə ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq humanitar forumlar və dinlərarası dialoq platformaları vasitəsilə islamofobiya, ksenofobiya və dini ayrı-seçkiliyə qarşı qlobal mübarizəyə önəmli töhfələr verdiyini, ölkədə bütün konfessiyalara qarşılıqlı hörmət və ehtiram mühitinin hökm sürdüyünü ifadə edib. S.Orucov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə mədəni-mənəvi irsimizin mühafizəsi və təbliği üzrə həm ölkə daxilində, həm də xaricdə uğurlu layihələr icra olunur.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, dünyada baş verən sürətli dəyişikliklər, qlobal miqyasda güclənən ideoloji təsirlər və informasiya mühitinin transformasiyası milli kimlik, mənəvi dəyərlər və inanc məsələlərini daha da aktuallaşdırır. İndi hər bir xalq üçün başlıca vəzifə tarixi köklərinə bağlılığını qorumaqla yanaşı, dövrün çağırışlarına uyğun inkişaf yolunu müəyyənləşdirməkdir. Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və mənəvi bütövlüyünün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq məfkurəsi müstəsna yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideoloji xətt müasir dövrün tələblərinə uyğun şəkildə yeni məzmun və istiqamətlərlə zənginləşdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr milli-mədəni irsimizin qorunmasına və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verir.Çıxışda Azərbaycan bayrağındakı üç rəngin milli mənsubiyyətimizi, müasir inkişaf iradəmizi və dini-mənəvi köklərimizi vahid dövlətçilik fəlsəfəsində birləşdirdiyi vurğulanıb. Türk dünyası ilə əməkdaşlığın genişləndirilməsindən danışan Komitə sədri 2026-cı il iyunun 30-da Şuşada TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün keçirildiyini və imzalanmış Kommünikenin bu sahədə yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. Həmçinin xaricdə yaşayan soydaşlarımızla mənəvi bağların möhkəmləndirilməsi məqsədilə Türkiyə və Gürcüstanda təşkil olunan iftar mərasimləri, eləcə də xarici ölkələrdən olan din xadimlərinin işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumat verib.Ramin Məmmədov Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrdən bəhs edərək Bakı Prosesi, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq tədbirlərin ölkəmizin multikultural təcrübəsinin tanıdılmasındakı roluna toxunub. Komitə sədri müsəlman ölkələri ilə əlaqələrin genişləndirilməsi, din xadimlərinin peşəkar potensialının artırılması və “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində yüzlərlə məscidin kitablarla təmin edildiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən tarixi-dini abidələrin bərpa olunduğunu qeyd edib. Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında, Əmircan qəsəbəsindəki İmam məscidində və Gəncə şəhərindəki Cümə məscidində təmir-bərpa işləri həyata keçirildiyini diqqətə çatdırıb.Konfrans işini “Fərdi və kollektiv kimliyi formalaşdıran amillər”, eləcə də “Gənclərlə mənəvi dialoq: müasir yanaşmalar və effektiv ünsiyyət” mövzuları üzrə panel müzakirələrlə davam etdirir. Müxbir -Ruslan Novruzoğlu
Bu gün
2634 xəbər bu gün
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Bu barədə AQTA-dan məlumat…
Banqladeşin keçmiş baş naziri, Nobel mükafatı laureatı Məhəmməd Yunusun evi "Avami liq" partiyasının nümayəndələri tərəfindən yandırılıb. Bu barədə "India Today" telekanalı məlumat yayıb. Zərərçəkənlər barədə məlumat…
Bahalı proqram təminatı kibertəhlükəsizliyi təmin etmir. Bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Akif Bağırov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı (ICCD 2026) çərçivəsində panel…
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. Bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin…
ABŞ-nin AECOM mühəndislik və konsaltinq şirkəti Ermənistan hakimiyyəti nümayəndələrinə "Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində dəmir yolu əlaqəsinin mühəndis-texniki tədqiqatının ilkin nəticələrini təqdim edib. Bu…
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın…
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva COP31-də Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki…
Məleykə xanımın uzun illər ərzində Azərbaycan təhsilində gördüyü işlər, xüsusilə qəbul və qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında oynadığı rol xüsusi qeyd olunmalıdır. 1994cü ildən Tələbə Qəbulu üzrə…
Dünən Qazaxda baş verən faciənin ardından Baş Dövlət Yol Polisi İdarəsi hər bir sürücüyə səslənir.
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması...
Bakı, 19 noyabr, AZƏRTAC Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi briqada generalı Valdemar Qolebovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.Müdafiə…
Bakı, 19 noyabr, AZƏRTAC Rusiyanın Buqulma və Nijnekamsk hava limanlarında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat…
Bakı, 19 noyabr, AZƏRTAC 2027-ci il aprelin 22-24-də Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndislik problemlərinin həllində menecment və idarəetmə” (MaCoSEP 2027) mövzusunda beynəlxalq elmi konfrans…
Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Cənubi Qafqazın geosiyasi mənzərəsini…
Bakı, 19 noyabr, AZƏRTAC AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin elmi işçisi Südabə Həsənovanın “Axısqa türklərinin sürgün həyatı və folkloru” mövzusunda…
Bakı, 19 noyabr, AZƏRTAC Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü ilə əlaqədar YAP Səbail rayon təşkilatı “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir…
Praqa, 19 noyabr, AZƏRTAC Noyabrın 18-də Praqadakı Çexoslovakiya Xarici Ölkələr İnstitutunda Azərbaycan yazıçısı Günel Anarqızının yaradıcılığına həsr olunmuş “Sərhədsiz ədəbiyyat” (“Literatura bez hranic”) adlı əsəbi…
Bakı, 19 noyabr, AZƏRTAC Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı…
Rusiyanın Buqulma və Nijnekamsk hava limanlarında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. TASS-a istinadla, bu barədə “Rosaviasiya” məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər hər iki…
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə danışıqlardan sonra Çini tərk edib. Bizim.Media “Fox News”a istinadən verdiyi məlumata görə, Amerika lideri təyyarəyə minməzdən əvvəl…
Dünyada müsəlmanlar ilk dəfə tarixdə xristianları sayca üstələyərək ən böyük dini qrupa çevrilə bilərlər. Bu, ABŞ-ın “Pew Research Center” tədqiqat mərkəzinin noyabrın 18-də dərc etdiyi yeni araşdırmada əksini tapıb…
Çinlə ABŞ birlikdə Rusiyanın dövlət başçısı Vladimir Putini müharibəni dayandırmağa məcbur etməyə qadirdilər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O, bu istiqamətdə əsas təsir vasitələrindən biri…
Növbəti ildən Azərbaycanda ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. Bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət…
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə…
Xarici ölkələrdə yaşayan şəxslərə ödənilən pensiyalar, sosial müavinətlər və təqaüdlərin elektronlaşdırılması üzrə danışıqlar aparılır. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev "Dövlət…
Xarici ölkələrdə yaşayan şəxslərə ödənilən pensiyalar, sosial müavinətlər və təqaüdlərin elektronlaşdırılması üzrə danışıqlar aparılır. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev "Dövlət…
Bu gün səhər saatlarından etibarən Hörmüz boğazının şərqində qayda pozuntusuna yol vermiş üç neft tankeri yanaraq hərəkətsiz qalıb. İran Ordusu bu gün səhər saatlarından etibarən İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin…
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, liderlərin birgə bəyanatı bir saat ərzində dərc…
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-ə istinadən, bu…
Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmasından bir neçə dəqiqə sosial şəbəkədəki paylaşımı diqqət…
“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”. Bu sözləri tanınmış jurnalist Şərəf Cəlili Kult.az-a açıqlamasında həyat yoldaşı, Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və…
Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib.Oxu24.com -un məlumata görə, onun meyiti noyabrın 18-i saat 19…
Məhkəmə prosesində iştirak etmək, qarşı tərəfin irəli sürdüyü iddialara cavab vermək və öz hüquqlarını müdafiə etmək hər kəs üçün kifayət qədər mürəkkəb prosesdir. Bu çətinliklərə bir də məhkəmə icraatının aparıldığı…
Bu gün Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş…
Yer kürəsində noyabr ayının əvvəlindən bəri ikinci maqnit qasırğası qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Məlumata görə…
Bir neçə ay əvvəl Abşeron rayonu Güzdək qəsəbəsində 19 yaşlı qızına yumruqla zərbələr endirərək xəsarətlər yetirmiş 1977-ci il təvəllüdlü Süleyman Əhmədovun (adlar şərtidir) məhkəməsi keçirilib. O, Cinayət Məcəlləsinin…
Пашинян рассчитывает встретиться с Путиным 3 декабря в Москве.
Президент России Владимир Путин в Шэньчжэне подводит итоги участия в саммите АТЭС, выступив на пленарном заседании и проведя серию двусторонних переговоров на высшем уровне. В рамках форума состоялись встречи с…
В китайском Шэньчжэне 18–19 ноября прошел 33-й саммит АТЭС, главным событием которого стала первая в истории трехсторонняя встреча Владимира Путина, Дональда Трампа и Си Цзиньпина на полях форума. По итогам заседаний…
В Баку и на Абшеронском полуострове утром 20 ноября прогнозируются кратковременные дожди. Об этом говорится в сообщении Национальной службы гидрометеорологии. Отмечается, что в отдельных местах...
Армения планирует совместно с турецкой стороной построить второй мост на участке Маргара. Об этом заявил министр иностранных дел и международной торговли Армении Арарат Мирзоян на...
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan…
Dünən Qazaxda baş verən faciənin ardından Baş Dövlət Yol Polisi İdarəsi hər bir sürücüyə səslənir. Sükan arxasında verdiyiniz qərar bir ailənin taleyini dəyişə bilər. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə…
Сегодня утром три нефтяных танкера, пытавшихся пройти через Ормузский пролив, несмотря на предупреждения Военно-морских сил Ирана, подорвались на морских минах в восточной части пролива. Как передает Day.Az со ссылкой на…
Утром 20 ноября в Баку и на Абшеронском полуострове местами ожидаются периодические дожди. Как сообщили Day.Az в Национальной службе гидрометеорологии, в отдельных районах полуострова осадки могут носить кратковременный…
Noyabrın 19-da işğaldan azad edilmiş ərazilərə yola salınan növbəti köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.
Китайские государственные СМИ обнародовали совместное заявление США, Китая и России, принятое по итогам трехсторонней встречи.