Belçikanın Mexelen şəhərində məktəbə bomba qoyulmasına dair yalan məlumat verməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə həbs edilib.
Bu barədə RTBF telekanalı məlumat yayıb.
İddialara görə, məktəbə bomba qoyulması xəbərindən sonra şagirdlər təxliyə olunub, dərslər dayanıb. Bomba zərərsizləşdirmə qrupları və itlər məktəbdə axtarış aparıblar, lakin təhlükəli əşya tapılmayıb.