Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ-da 720 mindən çox avtomobilini yanğın riski səbəbindən geri çağırır.
Bu barədə “Reuters” məlumat yayıb.
Geri çağırılma 2012–2018-ci illərdə istehsal olunmuş BMW 3-cü və 5-ci seriya, X1, X3, X4, Z4 və digər modelləri əhatə edəcək.
Buna səbəb su nasosunun elektrik birləşdiricisində qısaqapanma ehtimalıdır. Bu nasazlıq avtomobillərdə yanğın təhlükəsi yarada bilər.