Niderland hökuməti hakim koalisiya daxilində vergi islahatları ilə bağlı yaranmış siyasi böhranı aradan qaldıraraq istefadan yayına bilib.
Baş nazir Rob Yettenin müavinləri Dilan Yeşilgöz-Zegerius və Bart van den Brinklə keçirdiyi yeddi saatlıq təcili danışıqlar nəticəsində tərəflər arasında razılıq əldə olunub.
Bildirilib ki, sağ-liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) vergi islahatları ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, hakim koalisiyada qalacaq.
Mübahisəyə işləyən vətəndaşlar üçün vergi yükünün azaldılmasını, yüksək sərvətə malik şəxslər üçün isə vergilərin artırılmasını nəzərdə tutan islahat təşəbbüsü səbəb olub.
Qeyd edək ki, noyabrın 12-də Niderland parlamentinin aşağı palatası 2027-ci il üçün vergi planını 76 lehinə, 74 əleyhinə səslə qəbul edib.