Polis Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə bağlı daha üç nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş verən insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Cinayət əməlini törətməkdə şübhəli bilinən daha üç nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.