Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxardı

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası gizli səsvermənin nəticələrinə əsasən Rusiyanın TASS informasiya agentliyini təşkilatın üzvlüyündən çıxarıb.

TASS-ın üzvlükdən çıxarılmasının səbəbləri barədə açıqlama verilməyib.

Səsvermə noyabrın 13-də Kiprin Larnaka şəhərində keçirilən Baş Assambleyanın iclasında baş tutub. Qeyd edək ki, alyansın rəhbər orqanı olan EANA Şurası 2022-ci il fevralın 27-də TASS-ın təşkilatda üzvlüyünün dayandırıldığını açıqlamışdı.