Aparıcı Zaur Baxşəliyev müğənni Şəbnəm Tovuzlunun Eyfel qülləsi ilə bağlı dediyi “vişka” sözünü ələ salıb.
Aparıcı sosial şəbəkədəki canlı yayımında izləyiciləri ilə söhbət edərkən müğənninin açıqlamasına ironik münasibət bildirib.
Zaur zarafatla Şəbnəmin sözlərini təkrarlayaraq deyib:
“O vaxt almanlar, fransızlar Azərbaycana gəlib-gediblər. Necə olub ki, birinin nənəmdən xoşu gəlməyib, aparmayıb? Yəqin çirkin olublar. Nənəmi Fransaya aparsaydılar, indi fransız kökənli olardım. Arxada gördüyünüz dəmir – vişkanın altında gəzirdim”.
Qeyd edək ki, Şəbnəm Tovuzlu bir müddət əvvəl qızı ilə Fransaya səfər edib.
Müğənni Eyfel qülləsinin qarşısında çəkdirdiyi fotolarla bağlı danışarkən “Vişkanın altında durmuşdum” ifadəsini işlədib. Onun bu sözləri gündəm olub. (axsam.az)