Azərbaycan millisi Lixtenşteynlə oyunda hesabı açdı - YENİLƏNDİ

UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyununda hesab açılıb.

D Liqasının 2-ci qrupunun matçında ilk qolu Azərbaycan yığması vurub.

26-cı dəqiqədə Mahir Emreli fərqlənib.

UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyunu başlayıb.

D Liqasının 2-ci qrupunun matçı Vaduts şəhərində keçirilir.

Qarşılaşmanın baş hakimi estoniyalı Kristo Tohverdir.

Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.