Millətlər Liqası: Azərbaycan millisi ilk hissədən sonra Lixtenşteynə qalib gəlir

UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Lixtenşteyn – Azərbaycan matçında ikinci hissə başlayıb.

Vaduzdakı “Reynpark” stadionunda oynanılan görüşdə millimiz hesabda 1:0 öndədir.

Yığmamızın heyətində 26-cı dəqiqədə Mahir Emreli fərqlənib.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyununda üz-üzə gələn Lixtenşteyn və Azərbaycan milliləri arasında qarşılaşmanın ilk hissəsi başa çatıb.

D Liqasının II qrupu çərçivəsində Vaduz şəhərindəki “Reynpark” stadionunda keçirilən görüşdə yığmamız fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Komandamızın heyətində hesabı 26-cı dəqiqədə Mahir Emreli açıb.

Qeyd edək ki, qarşılaşmanı estoniyalı FIFA referisi Kristo Tohver idarə edir.