Tovuzda hamilə bıçaqlanıb, qardaşı saxlanılıb - YENİLƏNİB-1

Noyabrın 13-də saat 17:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Vəziyyəti orta ağır qiymətləndirilən şəxs dərhal əməliyyata alınıb. Hazırda əməliyyat davam edir", məlumatda deyilir.

Günay Elşən

***

Tovuzda hamiləni bıçaqlayan şəxs tutulub.

APA-nın xəbərinə görə, polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ə. Məmmədzadə saxlanılıb.

Emin Şirvanzadə

***

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Fakt araşdırılır.