İran qazla bağlı əhalisinə çağırış etdi

İranda səlahiyyətli şəxslər qaz emalı qurğularına dəyən zərərdən sonra vətəndaşları qaza qənaət etməyə çağırıblar.

Ölkənin neft naziri vəzifəsini icra edən Həmid Bovard bu çağırışı “X” sosial media platforması vasitəsilə bildirib.

“Fədakar həmkarlarımızın yorulmaz səyləri sayəsində qaz təchizatı fasiləsiz davam edir. Lakin bu soyuq günlərdə ictimaiyyətdən qaza qənaət etmələrini xahiş edirəm”.

Nazirin bu açıqlaması, onun “Cənubi Pars” qaz yatağının 14-cü mərhələsində zədələnmiş platformaya səfərindən sonra verilib.