84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı

2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 106.9 milyon manat bərpa edilib, 100.9 milyon manat xərcin qarşısı alınıb.

Oxu.az-a istinadən, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hesabat dövründə xidmət tərəfindən 84 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.

Bunlardan 52 təşkilatda yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında aparılıb. Digər 32 təşkilatda isə plandankənar yoxlamalar həyata keçirilib.

Bərpa edilmiş və qarşısı alınmış vəsaitlərə dair göstəricilər nəzarət tədbirləri başa çatdırılmış obyektləri əhatə edir.