“Agro Resource Tarım Gıda İç ve Dış Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Ləğv elanına istinadən, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 1, mənzil 304B (AZ1021) ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkətin nümayəndəliyi 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Butayev Elmar Azad oğludur. Şirkət ölkə ərazisində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, böyükmiqyaslı topdansatış və qlobal ticarət şirkətidir.