Moskva, 11 noyabr, AZƏRTAC BƏƏ-nin paytaxtı Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqlarının ikinci günü başlayıb. AZƏRTAC xəbər verir ki, noyabrın 11-də Rusiya nümayəndə heyətinin danışıqların yekununa dair bəyanatla çıxış edəcəyi gözlənilir. Tərəflər münaqişənin başa çatmasından sonra Avropada təhlükəsizlik sisteminin qurulmasını, o cümlədən regionda təhdidlərin qarşısının alınması və sabitliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edirlər. Danışıqların ikinci günündə nümayəndə heyətlərinin ərazi məsələsini də müzakirə edə biləcəyi gözlənilir. Müzakirələr qapalı formatda aparılır.Rusiya nümayəndə heyətinə RF Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin başçısı Rüstəm Umerov rəhbərlik edirlər. ABŞ-ni Stiv Uitkoff və Cared Kuşner təmsil edirlər. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva