Azərbaycan idmançıları Qazaxıstanda medal qazanıblar

Azərbaycancanlı gənc idmançılar Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş turnirdə 8 medal qazanıblar.

Memorialda U-17 millisinin rəhbərliyi altında 8 Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Yusif Abdullayev, Süleyman Şirinov, İbrahim Həsənov və Elcan Həsənov - qızıl, Hüseyn Rzazadə, Elvin Nəcəfzadə - gümüş, Tunar Hüseynov və Nicat Mustafayev isə bürünc medala layiq görülüb.