Bakı, 11 noyabr, AZƏRTAC Ümumilikdə dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb.AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib. “Biz müxtəlif prioritetləri, ehtiyacları nəzərə alan, balanslı şəkildə təmin edən, eyni zamanda, ölkənin makrofiskal və makroiqtisadi çərçivəsini maliyyə dayanıqlığına təhdid yaratmayacaq xərc limiti çərçivəsində icra oluna biləcək bir büdcə hazırlamağa çalışırıq”, - deyə nazir əlavə edib. Fotoqraf - Aydın Məmmədov