Lixtenşteyn – Azərbaycan oyununu estoniyalı hakim idarə edəcək

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn – Azərbaycan oyununun hakimləri bəlli olub.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

D Liqasının qarşılaşmasını Estoniyadan olan Kristo Tohver idarə edəcək. Ona Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR-da Marko Liva, AVAR-da isə Yuri Frişer əyləşəcək.

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.