Azərbaycanın dövlət büdcəsi regionda ən investisiya yönümlü büdcədir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında – “2027-ci il dövlət büdcəsi haqqında”qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Büdcənin xərcləri sosial-iqtisadi ehtiyaclara uyğun tərtib olunub. İcmal büdcə xərclərimiz isə qeyri-neft-qaz ÜDM-in 46,2 %-nə bərabərdir. Azərbaycan büdcəsi regionda ən investisiya yönümlü büdcə olaraq xarakterizə olunur. Bizim dövlət büdcəmizin 32,5 %-i investisiya yönümlüdür, əsaslı xərclərdir. Bu da əldə etdiyimiz önəmli göstəricilərdən biridir”, – deyə o qeyd edib.