Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb

Prezident Ərdoğan görüş zamanı Türkiyənin COP31-ə sədrliyi öz üzərinə götürməkdən məmnun olduğunu bildirib

Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, ölkə başçısı Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Antalyada keçirilən Liderlər Sammitində BMT Baş katibi Antonio Quterreş ilə bir araya gəlib.

Bölgələrarası və qlobal məsələlərin müzakirə olunduğu görüşdə Prezident Ərdoğan Türkiyə olaraq COP31 Sədrliyini öz üzərinə götürməkdən məmnunluq duyduqlarını, uğurlu konfrans üçün zəruri hazırlıqların tamamlandığını və Türkiyədəki sammitin iqlim mənşəli problemlərin həlli üçün yeni bir başlanğıc nöqtəsi olmasını arzuladıqlarını bildirib.

Ərdoğan Türkiyə olaraq İran-ABŞ münaqişəsində artan gərginliyi azaltmaq, problemlərin uzlaşma və diplomatiya yolu ilə həllini təmin etmək üçün bölgə ölkələri ilə birgə səyləri davam etdirdiklərini vurğulayıb.

Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün də çalışdıqlarını, yeni dialoq prosesinə dəstək verməyə hazır olduqlarını ifadə edib.

Görüşdə Ərdoğan və Quterreş Qəzza, Kıbrıs (Kipr) və Liviyadakı son vəziyyəti də nəzərdən keçiriblər.