Ukrayna Rusiya ilə sülh razılaşmasına nail olmaq üçün sərhədlərin yenidən müəyyənləşdirilməsinə dair ABŞ-ın yeni təklifini qəbul etməyib.
Bu barədə “Telegraf” məlumat yayıb.
Məlumata görə, təklif Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə yenidən baxılmasını nəzərdə tutur:
“ABŞ-ın münaqişəyə son qoymaq səyləri Donbas ərazisinin bir hissəsinin Ukrayna qüvvələrinin nəzarətində qalmasına görə dalana dirənib.
Vaşinqtonun təklifi mövcud təmas xətti ilə müəyyən edilmiş yeni sərhədlər daxilində, “lxr” və “dxr” üzərində Rusiyanın tam nəzarətini tanımaqdan ibarətdir. Eyni zamanda, Kiyev həmin regionların qalan hissələrində hələ də nəzarətində saxladığı şəhərləri təhvil verməyə məcbur edilməyəcək”