Aysun İsmayılova: “Sevgi qarın doyurmur”

“Bu yaşda qərara gəldim ki, heç kimə görə göz yaşı tökməyə dəyməz”.

Bu sözləri müğənni Aysun İsmayılova “1001 şou” verilişində deyib.

Sənətçi aparıcının “yazırlar Aysun yaman havalıdır” sualına belə cavab verib:

“Kaş ki sevgidən havalanaydım, amma mən dərddən havalanıram. Artıq qərara almışam ki, heç kimə görə göz yaşı tökməyə dəyməz. İnsan həyatda ailəsindən, dostlarından da öncə, birinci növbədə özünü sevməli, özünü düşünməlidir. Çünki bir də bu yaşda, bu bədəndə olmayacağıq. Həyata bir də gəlməyəcəyik. Ona görə də doğru addımlar atmaq lazımdır”.

Aysun “sevgi, yoxsa karyera?” sualını da cavablandırıb:

“Sevgi qarın doyurmur, karyeranı seçərdim”.