Nikol Paşinyan: "Türkiyə və Azərbaycanla sərhədlərin açılması üzərində işləyirik"

Ermənistan-Türkiyə sərhədinin açılması məqsədilə İrəvan Bakı və Ankara ilə əlaqələri davam etdirir.

Ermənistan mediasına istinadən, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın bu məsələyə dair bəzi şərtləri mövcuddur və hazırda proseslər məhz bu mərhələdədir. Buna baxmayaraq, biz müvafiq həll yollarının tapılması üçün həm Azərbaycan, həm də Türkiyə ilə işimizi davam etdiririk", - deyə Paşinyan vurğulayıb.