Kardioloq Aurelio Roxas qəhvənin ürək-damar sisteminə təsirindən danışıb və həddindən artıq istehlakın əlavə fayda vermədiyini bildirib.
Həkimin fikirlərini “El Confidencial” nəşri yayıb.
Roxasın sözlərinə görə, qəhvə orqanizmi polifenollar və antioksidantlarla təmin edir. Bu faydalı birləşmələr infarkt, insult, ikinci tip şəkərli diabet, ürək çatışmazlığı və bəzi aritmiya növlərinin inkişaf riskini azalda bilər.
Lakin kardioloq vurğulayıb ki, bu faydalar qəhvənin normada istehlakına aiddir. Gündə iki-beş fincandan çox qəhvə içmək, ümumi kofein miqdarı 400 milliqramı keçdikdə, ürək-damar sistemi üçün əlavə fayda yaratmır.
Həkim fikrini belə yekunlaşdırıb: “Daha çox - daha yaxşı demək deyil”.