Cərrahi əməliyyatdan sonrakı ilk günlər sağalma prosesində ən həssas dövr hesab olunur. Bu mərhələdə xəstələrin çoxu ağrını azaltmaq üçün evdə mövcud olan ağrıkəsicilərə müraciət edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, hər ağrıkəsici əməliyyatdan sonrakı dövrdə təhlükəsiz deyil. Yanlış seçilmiş dərman qanaxma riskini artıra, sağalma prosesini çətinləşdirə və əlavə fəsadlara yol aça bilər. Bəs əməliyyatdan sonra hansı ağrıkəsicilərdən, hansı vaxt istifadə etmək olar?LOR cərrah Mehrdad Yaveri mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında əməliyyatdan sonra ağrıkəsici dərmanların qəbulu qaydasını izah edib. O bildirib ki, əməliyyatdan sonrakı ilk 2 gündə ağrıları aradan qaldırmaq üçün yalnız və yalnız parasetamol tərkibli tabletlərdən istifadə etmək olar. Cərrah vurğulayıb ki, dərmanın dozası xəstənin yaşına və çəkisinə uyğun olaraq müəyyən edilməlidir və bu məsələdə özbaşına qərar verməmək lazımdır.Mütəxəssisin sözlərinə görə, ibuprofen tərkibli dərmanlar əməliyyatdan sonrakı ilk 2 gündə qəti şəkildə qadağandır. Bura ketoprofen, naproksen, nurofen və bu qrupa daxil olan digər preparatlar aiddir.Həkim izah edib ki, bu dərmanlar qanı durultmaq xüsusiyyətinə malikdir və qanaxma riskini artırır. Əməliyyatdan sonrakı ilk günlərdə isə əməliyyat nahiyəsində qanaxma ehtimalı ən yüksək olur. Buna görə də bu dövrdə qanı durultan preparatların qəbulu xəstənin vəziyyətini ağırlaşdıra və təcili tibbi müdaxilə tələb edən fəsadlara səbəb ola bilər.M.Yaveri qeyd edib ki, qeyri-steroid iltihabəleyhinə dərmanlar qrupuna aid olan preparatlardan, o cümlədən nurofen və ketoprofendən ancaq əməliyyatın 3-cü günündən etibarən istifadə etmək olar.Onun sözlərinə görə, bu dərmanlar həm ağrını azaltmaq, həm də iltihabı sakitləşdirmək baxımından təsirli hesab edilir, lakin onların vaxtından əvvəl qəbulu yaxşılıq əvəzinə ziyan gətirə bilər. Cərrah xəstələrə bu müddətə ciddi riayət etməyi tövsiyə edib.Cərrah əlavə edib ki, əməliyyatdan sonra ağrıkəsici seçərkən xəstələr yalnız öz hisslərinə və ya yaxınlarının məsləhətlərinə əsaslanmamalıdırlar. Onun fikrincə, bir çox hallarda insanlar “ağrı keçsin” deyə əlində olan ilk dərmanı qəbul edir, bu isə gözlənilməz nəticələrə yol aça bilər. Xüsusilə əməliyyatdan sonra qanaxma riski yüksək olan xəstələr üçün dərmanların düzgün seçilməsi həyati əhəmiyyət daşıyır.M.Yaveri vətəndaşlara tövsiyə edib ki, əməliyyatdan sonra istifadə ediləcək dərmanlar barədə əməliyyatı aparan həkimlə əvvəlcədən məsləhətləşsinlər. Onun sözlərinə görə, hər xəstənin sağlamlıq vəziyyəti, qəbul etdiyi digər dərmanlar və əməliyyatın xarakteri fərqli ola bilər, buna görə də ağrıkəsici barədə yekun qərarı müalicə edən həkim verməlidir. Ağrı güclənərsə, əməliyyat nahiyəsində qanaxma, şişkinlik və ya digər qeyri-adi əlamətlər yaranarsa, gecikmədən həkimə müraciət etmək lazımdır.Cərrah vurğulayıb ki, düzgün ağrıkəsici rejiminə əməl etmək həm xəstənin əməliyyatdan sonrakı dövrü daha rahat keçirməsinə, həm də sağalma prosesinin fəsadsız başa çatmasına kömək edir.Jalə
Bu gün
2516 xəbər bu gün
Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri mövsümi qripə qarşı vaksinlərlə təmin olunub və peyvəndlənməyə başlanılıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən bu il də…
The number of abortions recorded among women aged 18–19 in Azerbaijan increased by 18.7% in 2025 compared to the previous year, rising to 3,180 from 2,679 in 2024, according to the State Statistical Committee. Across the…
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 1 faiz bəndi azaldaraq 37%-dən 36%-ə endirib. Qərar Pul Siyasəti Komitəsinin iclasında qəbul edilib. Mərkəzi Bank gecəlik kreditləşmə dərəcəsini 40%-dən 39%-ə, gecəlik borclanma…
Elmi-tədqiqat müəssisələrində çalışan 30 yaşadək tədqiqatçıların sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 30,9% azalaraq 1 257 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ildə bu yaş…
Azərbaycanda 2060-cı ilədək “xalis sıfır emissiya” hədəfinə nail olmağı nəzərdə tutan “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb…
Bakının Buzovna qəsəbəsində 2 yaşlı qız su kanalına düşərək boğulub. Hadisə 2024-cü il təvəllüdlü F.C.-nin evinin qarşısındakı su kanalına düşməsi nəticəsində baş verib. Azyaşlının meyiti sudan çıxarılıb. Faktla bağlı…
Azərbaycanda 18-19 yaşlı qadınlar arasında qeydə alınan abortların sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 18,7% artaraq 3 180-ə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ildə bu yaş qrupunda…
Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin Rusiyaya verilməsi Moskvanın Dnepropetrovsk vilayətindəki şəhərlərə doğru irəliləməsi riskini artıracaq. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “The…
ABŞ-ın “Lockheed Martin” şirkəti və Pentaqon növbəti 10 il ərzində ən azı 850 ədəd F-35 qırıcı təyyarəsinin istehsalını nəzərdə tutan ilkin çərçivə razılaşması əldə ediblər. Razılaşma çərçivəsində ildə 156 təyyarənin…
Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyevin Sərəncamı ilə “İri Şəhərlərin Su Təchizatı”nın…
"Gənclər ixtisası həqiqətən özləri seçirlərmi? Bu sualın cavabı düşündüyümüz qədər sadə deyil". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial...
"Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının və mövsümi qripin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində profilaktik tədbirlər həyata keçirilir". Bu barədə Redaktor.az-a TƏBİB-dən...
Fransa Prezidenti Emmanuel Makron yaxın günlər ərzində həmkarlar ittifaqları tərəfindən keçirilməyən bütün etiraz aksiyalarına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulacağını açıqlayıb. Bu barədə Yelisey…
Bəzən insan özünü daim yorğun hiss edir, səbəbsiz yerə əsəbiləşir, ürəkdöyünmədən şikayətlənir və ya çəkisində dəyişiklik müşahidə edir. Bu əlamətləri gündəlik həyatın gərginliyi, yuxusuzluq və stresslə əlaqələndirmək…
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” sadəcə adıçəkilən dövlətlərin deyil, bütün türk dünyasının tarixi uğurudur”. Bunu açıqlamasında Müharibə, Əmək və…
Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatı məlum olub. Oxu.az-ın məlumatına görə, qətlə yetirilən İftixar Vəlizadə 2005-ci ildə ailə həyatı qurub və bir müddət sonra Tacikistana köçüb. O, uzun…
İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinə yeni müavin təyin edilib. Bununla bağlı nazir Mikayıl Cabbarov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nazim Qasımzadə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə…
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağıb. Dolu yağışı nəticəsində ərazidəki torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı görünüş məsafəsi də azalıb. Dolu yağışının hər hansı fəsada…
Tovuz sakini silahdan açılan atəş nəticəsində ölüb. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Silahdan açılmış atəş nəticəsindən ölən 1970-ci il təvəllüdlü Elman Hüseynovun meyiti yaşadığı evdə aşkarlarıb…
Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıblar.
"Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının və mövsümi qripin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində profilaktik tədbirlər həyata keçirilir".
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Elşən Babayev vəzifəsindən azad olunub.
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.
Ukraynada Rusiya ilə müharibə dövründə ilk dəfə olaraq əhalinin rəsmi sayı açıqlanıb. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutu əhalinin sayının kəskin…
Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 138,4 milyard manata (81,4 milyard ABŞ dolları) çatacaq. Bu barədə "Report" Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.
Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə 9 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir və bu da ÜDM-in 11 %-ni təşkil edəcək. Niderlandın ən böyük bank qrupu olan "ING…
İngiltərənin "Mançester Yunayted" klubu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannı komandanın baş məşqçi postuna namizədlərdən biri kimi nəzərdən keçirir. "talkSPORT" portalına istinadən, mankunianların…
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən cari ildə də ölkəyə…
Azərbaycan İtaliyanın "Zhero" şirkətinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin inkişafında mümkün iştirakı, layihənin kommersiya modelinin formalaşdırılması, Avropada elektrik enerjisi alıcılarının cəlbi və…
Движение "Ансар Алла" сообщило о проведении четырех военных операций с применением йеменских баллистических ракет и беспилотников.
Представитель президента Азербайджана по особым поручениям Эльчин Амирбеков в ходе рабочего визита в Бельгию провел серию встреч с высокопоставленными представителями Европейского союза. Амирбеков встретился с...
Хуситы нанесли удар по зданию Министерства обороны Саудовской Аравии. С таким утверждением выступил военный представитель мятежников Яхья Сариа. «Вооруженные силы Йемена за последние 48 часов...
Французский парламент внес расходы на переезд нынешнего президента Эмманюэля Макрона в проект бюджета страны на 2027 год. Об этом сообщило европейское издание Politico. По его...
Украинская бригада Национальной гвардии «Хартия» сообщила о проведении операции «Велес» в Харьковской области. По утверждению подразделения, его бойцы использовали подземные коммуникации, чтобы проникнуть на 15...