Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.
Həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.
Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.