İran ordusu yaxın vaxtlarda texniki xüsusiyyətləri hələ açıqlanmayan yeni pilotsuz uçuş aparatını (PUA) təqdim edəcək.
Bunu İran ordusunun baş komandanı, general Əmir Xatəmi dövlət televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, İranın dron imkanları əhəmiyyətli dərəcədə artıb:
"40 günlük müharibədən əvvəlki dövrlə müqayisədə ölkənin silahlı qüvvələri hazırda daha geniş və müxtəlif dron arsenalına malikdir".
General yeni pilotsuz uçuş aparatının adının və texniki xüsusiyyətlərinin yaxın vaxtlarda açıqlanacağını bildirib.