“Arsenal”da kütləvi ixtisarlar gözlənilir.
İngiltərə klubunun rəhbərliyi müxtəlif şöbələrdə çalışan 60 əməkdaşını ixtisar etməyi nəzərdən keçirir. “The Athletic”in məlumatına görə, məsələ ilə bağlı məsləhətləşmələr davam edir və yekun qərar hələ verilməyib.
İxtisarların məşqçilər korpusuna, kişi və qadın komandalarının hazırlıq heyətinə, təhlükəsizlik xidmətinə, ictimai layihələrə və “Arsenal Foundation” fonduna aid olmayacağı bildirilir.
Qeyd edək ki, London klubu 2024/25 mövsümündə 691 milyon funt sterlinq gəlir əldə etsə də, maliyyə ilini 1,4 milyon funt sterlinq zərərlə başa vurub. Klubun 2025/26 mövsümü üzrə maliyyə göstəriciləri isə hələ açıqlanmayıb.